Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

İlham Əliyev Əfqanıstana yardım təklif edib


Ilham Aliyev
Ilham Aliyev

Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Əfqanıstana sərmayyə qoyulması və bu ölkənin bərpasında iştiraka hazır olduğunu bəyan edib.

O bunu sentyabrın 5-də NATO-nun Uelsdə keçirilən sammitində bildirib.

İlham Əliyev deyib ki, Qars-Tbilisi-Bakı dəmiryol xətti Əfqanıstan və bütün region üçün böyük iqtisadi imkanlar açacaq.

Bu layihənin 2015-ci ilin ikinci yarısından sonra başa çatdırılacağı gözlənilir.

İlham Əliyev qeyd edib ki, hazırda Əfqanıstana gedən qeyri-hərbi yüklərin 40 faizi Azərbaycan ərazisindən daşınır.

XS
SM
MD
LG