ABŞ prezidenti Obama Tallində deyib ki, NATO Ukrayna ordusunun gücləndirilməsinə kömək etməlidir, Gürcüstan və Moldova da daxil, NATO tərəfdaşları üçün daha çox iş görməlidir və NATO-nun yeni üzvlərə qapıları açıq olmalıdır.
Obama Avropa ölkələrini hərbi xərclərini artırmağa da çağırıb.
Avropa ölkələri arasında hər NATO üzvü daxili məhsulunun orta hesabla 1,6 faizini hərbiyə xərcləyir. Bu da 2 faiz olan minimal həddən azdır.
Bəzi Avropa ölkələri hətta ÜDM-un 1 faizindən də azını hərbiyə xərcləyir.
28 NATO üzvündən Avropa ölkələri arasında cəmi 3-ü- Britaniya, Yunanıstan və Estoniya hərbiyə ÜDM-un ən azı 2 faizini xərcləyir.