Sentyabrın 28-də Apellyasiya Məhkəməsi «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, onun müavinləri Ramin Tağıyev və Səid Nurinin apellyasiya şikayətinə baxıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayan Apelliyasiya Məhkəməsi yalnız Ramin Tağıyevin 4 il həbs cəzasını 3 illə əvəz edib.
Hakimiyyəti zorla dəyişdirməyə cəhdə ittiham olunan Ruslan Bəşirli 7 il, Ramin Tağıyev 4 il azadlıqdan məhrum edilib, Səid Nuri isə 5 il şərti cəza alıb.