Rusiya prezidenti Putin Rusiya televiziyasının 1-ci Kanalına müsahibəsində deyib ki, Ukrayna böhranının tezliklə həll olunacağlnı gözləmir. O bunu Ukranyada parlament seçkiləri ilə izah edib: “Ukrayna parlament seçkçiləri ərəfəsindədir. Ona görə, namizədlər sərt danışacaqlar. Belə şəraitdə kiminsə hərbdən yox, sülhdən danışacağını gözləmək çətindir.”
Böhran necə başa çatacaq? – sualına Putin cavab vermək istəməyib. O deyib ki, “Bu, Ukrayna hakimiyyətinin siyasi iradəsindən asılıdır”.
Putin həmçinin bildirir ki, Ukraynada hərbi əməliyyatlar dərhal dayandırılmalıdır.