Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:42

«Azər-Türk Bank»ın səhmdarları dəyişdi


Azər-Türk Bank
Azər-Türk Bank

-

«Aqrarkredit» Bank olmayan Kredit Təşkilatı və «Turanbank» ASC «Azər-Türk Bank»ın səhmdarları sırasından çıxıb.

Marja.net-in məlumatına görə, bundan əvvəl Bankın səhmdarları T.C.Ziraat Bankası A.Ş. (46%), «Aqrarkredit» (46%), «Ziraat Bank International» AG (4%) və «Turanbank» ASC (4%) olub.

Hazırda bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniyadır (4.00%). Yəni, «Aqrarkredit» 46% payı ilə bərabər «Turanbank»ın 4%-lik payı da Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

«Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 100% dövlətə məxsusdur. Kredit Təşkilatının dövlətə məxsus səhm zərfinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, idarəetmə məsələləri üzrə isə Maliyyə Nazirliyi çıxış edir.

«Azər-Türk Bank» nizamnamə kapitalı və məcmu kapitalı aşağı olan bank kimi qiymətləndirilir. Bu il aprel ayının əvvəlinə olan məlumata görə, bankın nizamnamə kapitalı 13.45 milyon, cəmi kapitalı isə 17.24 milyon manat təşkil edib. Bu da Mərkəzi Bankın 50 milyon manat olan kapital tələbinə uyğun deyil.

XS
SM
MD
LG