Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 10:09

NATO Rusiyanı Ukraynaya birbaşa hərbi müdaxilədə ittiham edib

Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen

NATO-nun baş katibi Anders Fogh Rasmussen Rusiyanı Ukraynaya birbaşa hərbi müdaxilədə ittiham edib.

O belə bir bəyanatla avqustun 29-da NATO-nun Brüsseldə keçirilən görüşündən sonra çıxış edib.

Rasmussen Rusiya ordusu və hərbi texnikalarının qanunsuz olaraq Ukrayna ərazisinə girdiyini və Ukraynanın suverenliyinin pozulduğunu bildirib.

O Moskvanın Ukraynanın şərqindəki separatçılara, tank və artileriya qurğuları göndərdiyini deyir.

Rasmussen həmçinin bildirib ki, əgər Ukrayna istəsə NATO ittifaqına qoşula bilər.

This item is part of
XS
SM
MD
LG