Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 10:57

NDU-da jurnalistika fakültəsinin I kursu olmayacaq


Arxiv foto

Bu il Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin I kursu olmayacaq.

«Universitetin jurnalistika fakültəsinə qəbul olan yeganə tələbə ixtisasını dəyişmək istəyini açıqlayıb». Bu barədə Modern.az-a universitetin tədris şöbəsindən məlumat veriblər. Şöbədən həmçinin bildiriblər ki, həmin tələbənin ixtisası dəyişdiriləcək:

«Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu barədə məktub yazmışıq. Onlar tələbənin öz qrupu daxilində universitetimizin digər bir fakültəyə yerləşdirəcəklər».

NDU-nun jurnalistika fakültəsinə qəbul qabiliyyət imtahanı ilə aparılıb. Qabiliyyətdən keçən 51 nəfərdən 47-si sözügedən ixtisasına yiyələnmək istəyib. Sonda cəmi bir nəfəri NDU-nun jurnalistika fakültəsini seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG