Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:45

Ledi Al Qaida - Mətbuat icmalı


ABŞ digər ölkələrdən nə qədər varlıdır? Britaniya ABŞ ştatı olsaydı, ən kasıb ikinci ştat olardı. Ledi Al Qaida kimdir ki, İraq İslam dövləti yaraqlıları boyni vurulan jurnalist Foley-ni onunla dəyişməyə razı olurdular?

Dünya mediası bu gün nədən yazır?

BRİTANİYA ƏN KASIB 2 ŞTATDAN BİRİ OLARDI

Hanter Schwarz Washington Post qəzetində dərc olunan bloqunda yazır ki, Britaniya ABŞ-ın ştatı olsaydı, ikinci ən kasıb ştat olardı. ABŞ-da ondan kasıb yalnız Alabama ştatıdır.

Müəllif Spectator jurnalının redaktoru Fraser Nelsonun metodologiyasından istifadə edir.

Nelson ölkənin və ya ştatın Ümumi Daxili Məhsulunu burda yaşayan əhalinin sayına bölür və adambaşına düşən daxili məhsulu müəyyən edir.

Daxili Məhsulu dünyanın əksər ölkələrindən xeyli çox olan Kaliforniya ştatında xeyli də əhali yaşayır – 38 milyon. Ona görə adambaşına düşən ÜDM-a görə Kaliforniya siyahıda 14-cü yerdədir.

Birinci yerdə Alyaskadır – adambaşına ÜDM 80 min 700 dollar. Müqayisə üçün, Kaliforniyada 57 min 500 dollardır.

Siyahıda Avropa ölkələri də var. Bunlar arasında siyahıda ən yuxarıda olanı Norveçdir. Norveç ABŞ ştatı olsaydı, 8-ci yerdə olardı – 65 min 500 dollar.

LEDİ AL QAİDA

“Ledi Al Qaida”. Foreign Policy məcmuəsindəki yazı belə adlanır. İraqda boynu vurulan amerikalı jurnalist James Foley-ni İraq İslam təşkilatı yaraqlıları azad etməyə razı olurdu. Onlar yalnız bircə nəfərin həbsxanadan burxılmasını istəyirdi. O kimdir?

Foreign Policy yazır ki, Taliban onu almaq üçün amerikalı serjant Bergahlı vermək istəyirdi, İslam dövləti yaraqlıları Foley ilə onun dəyişdirilməsini təklif edirdi. Bunlar onun əvəzində təklif olunan əsirlərdən yalnız ikisidir.

Bu qadın kimdir ki, dünyanın ən məşhur jihad qrupları ABŞ-dan onun azad olunmasını istəyirlər?

Onun adı Aafia Siddiquidir.

O, Al Qaida ilə əlaqəlidir və 2010-cu ildə Əfqanıstanda amerikalıları öldürməyə cəhd etdiyinə görə hazırda həbsdədir.

42 yaşlı pakistanlı Aafia Siddiqui ABŞ-ın əks-terrorizm dairələrində “Ledi Al Qaida” adı ilə məşhurdur.

Bir vaxtlar Federal təhqiqat bürosunun ən çox axtarılan terrorçular siyahısında olub.

Aafia Siddiqui dünyanın ən məşhur texnologiya institutu olan Massaçusets Texnoloji İnstitutunu bitirib, ABŞ-da elmlər doktoru adını alıb.

Aafia Siddiqui 2008-ci ildə Əfqanıstanda soda sianid daşıyarkən həbs olunub. Onun üstündə olan sənədlərdə kimyəvi silahların və çirkli bombaların necə düzəldilməsi izah olunurdu və Ebola xəstəliyini necə silaha çevirməkdən danışılırdı.

O da maraqlıdır ki, FBİ və ABŞ hərbçiləri heç vaxt Siddiquinin dəyişdirməyi ciddi nəzərdən keçirməyiblər, islamçı təşkilatlar isə onu nəyin bahasına olursa-olsun almaq istəyirlər.

Aafia Siddiqui ABŞ-da 86 il həbsə məhkum olunub.

SÜLH SAZİŞİNƏ PUTİN VƏ POROSHENKO HAZIR OLA BİLƏR

Christian Science Monitor qəzeti yazır ki, Putinlə Poroshenko Ukrayna böhranını müzakirə etdilər, ancaq geniş fikir ayrılığı qalır.

Bununla belə qəzet hesab edir ki, hazırda həm Putin, həm də Poroshenko sülh sazişinə razı ola bilər. Çünki Rusiya münaqişənin uzanmağından və ona dəyən ziyandan bir qədər əsəbidir.

Müharibə Ukrayna iqtisadiyyatına zərbə vurur, bu səbəbdən Poroshenko da sülh sazişinə razılaşa bilər.

Qəzet yazır ki. Almaniya da sülh vasitəçiliyini gücləndirib.

Belə vəziyyətdə məlum olmayan yalnız bir məsələ var- tərəflər hansı güzəştlərə gedəcək.

RUSİYA BUDAPEŞT MEMORANDUMUNA MƏHƏL QOYMUR

Bill Clintonun prezidentliyi vaxtı dövlət katibi olan Perry və Reaganın prezidentliyi dövründə dövlət katibi olmuş Shultz Wall Street Journal qəzetində birgə məqalələrində yazırlar ki, Ukraynaya kömək etmək ABŞ üçün məcburidir.

Məqalədə o da deyilir ki, Rusiya 1994-cü il Budapeşt memorandumuna tamamilə məhəl qoymur. Rusiya həmin memoranduma imza atan ölkə kimi öhdəlik götürüb ki, Ukraynanın ərazi bütövlüyünü pozmayacaq. Ukrayna bu ərazi bütövlüyü vədinə görə SSRİ-dən qalma nüvə silahından imtina etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG