Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 02:52

İsmayıllıda meşə yanır


Arxiv foto

İsmayıllı rayonu, Qaraqaya kəndində (rayon mərkəzindən 25 km aralı) dağlıq ərazidə meşə yanır.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğını söndürmək üçün 1 təyyarə, 2 helikopter havaya qaldırılıb. O cümlədən, yanğınsöndürmə texnikası və yanğınsöndürənlər alovla mübarizə aparır.

Nazirlik yanğının baş vermə səbəbi və əhatə etdiyi ərazi barədə detallı məlumat vermir.

Bu yay Lerik, Lənkəran, Qəbələ meşələrində bir neçə gün davam edən yanğınlar baş verib.

XS
SM
MD
LG