Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:29

Rusiyayönlü separatçının mühafizəçisi saxlanıb


Igor Strelkov
Igor Strelkov

-

Ukrayna hakimiyyəti bildirir ki, rusiyayönlü separatçı kimi tanınmış Igor Strelkov-un mühafizəçisi saxlanıb. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Herashchenko avqustun 24-də facebook-da yazıb ki, Strelkovun 34 yaşlı şəxsi mühafizəçisi Donetskin Konstantiniovka şəhərində xüsusi polis tərəfindən saxlanıb. O, Aleksei adlı mühafizəçinin qətl törətməkdə ittiham olunduğunu bildirib.

Əsl adı Igor Girkin olan Strelkov özünü tanınmamış Donetsk Xalq Respublikasının müdafiə naziri elan edib. Avqustun 13-də o, Ukraynanın şərqindəki döyüşlərdə ağır yaralanıb və o vaxtdan görünməyib. Bu məlumat həm təsdiq, həm də təkzib olunur.

Avqustun 14-də separatçıların veb-saytı yazıb ki, Strelkov başqa işə keçməsilə əlaqədar müdafiə naziri postundan istefa verib.

XS
SM
MD
LG