Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:05

Yekaterinburqda McDonald’s «texniki səbəblərdən» bağlanıb


-

Rusiyada daha bir McDonald’s restoranı bağlanıb. Çərşənbə axşamına keçən gecə restoranın girişində elan asılıb ki, restoranın bağlanması «texniki səbəblərdən» qaynaqlanır.

Rospotrebnadzor hadisəyə şərh verməyib.

Ötən həftə Rospotrebnadzor Rusiya ərazisində McDonald’s şəbəkəsini yoxlamağa başlayıb. Avqustun 20-də bildirilib ki, Moskvadakı restoranlarda çoxsaylı sanitar pozuntular aşkarlanıb. Restoranlardan 3-ü bağlanıb, 2-də yoxlama gedir.

Bazar ertəsi Stavropolda yeganə McDonald’s bağlanıb.

Rusiya baş nazirinin müavini Olga Golodets bildirib ki, Rospotrebnadzor-un bütün ölkə ərazisində McDonald’s restoranlarını yoxlamaq planı yoxdur.

Hazırda Rusiyada 450 McDonald’s restoranı var. Bu, 70 ölkədə olduğundan çoxdur. Onlarla bir milyona yaxın müştəriyə xidmət göstərir. Şirkətdə 37 min işçi çalışır.

AzadlıqRadiosunda iş imkanları

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG