Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Seçkidən şikayətini geri götürənə 7500 manat təklif olunur


Avropa İnsan haqları məhkəməsinə seçki saxtakarlığı ilə bağlı şikayət verən onlarla şəxs Avropa məhkəməsində Azərbaycan təmsilçisi Çingiz Əsgərovdan möhürlü məktub alıblar ki, öz şikayətlərini

geri götürsünlər və bunun əvəzində 7500 manat təklif olunub.

Həmin şikayətçilər 2010-cu ilin parlament seçkilərində namizəd olublar.

Bu məlumatı verən Azadlıq Radiosu xəbər verir ki. bəziləri pulu almağa və şikayətini geri götürməyə razı olub.

Azərbaycanda seçkidən Avropa insan haqları məhkəməsinə 100-dən çox şikayət var. Onlara tezliklə baxılmalıdır. Bu şikayətçilərin çoxunu vəkil İntiqam Əliyev təmsil edir, ancaq onun özünü iki həftə əvvəl vergidən yayınma ittihamı ilə tutublar.

XS
SM
MD
LG