Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:14

“Bu binanın 104 yaşı var. Divarları ovulub tökülür. Hər səhər oyananda Allaha təşəkkür edirik ki, ötən gecədən də bizi salamat çıxartdı”.

Uçmaq təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli bina rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus, 121 ünvanında yerləşir. Sakinlər AzadlıqRadiosunun “Qaynar xətt”inə yazırlar ki, binadakı bütün mənzillərin divarları çat verib.

“YÜK MAŞINI KEÇƏNDƏ DÖŞƏMƏLƏR SİLKƏLƏNİR”

“Üstəlik, yaşadığımız bina yol kənarındadır. Yük maşını keçəndə ayağımızın altında döşəmələr silkələnir. Burada yaşamaq çox təhlükəlidir. Ancaq nədənsə üz tutduğumuz aidiyyəti qurumlar bu təhlükəni ya görmürlər, ya da görüb üzlərini yana çevirirlər”.

Sakinləri narahat edən həm də binanın daxilindəki kommunal şəraitin dözümsüzlüyüdür:

“Kanalizasiya sistemi bərbad, su xətləri də elə... Çimməyə qohum evinə gedirik. Öz imkanımızla kanalizasiya xətlərini düzəldirik, ancaq b işləri gərək mütəxəssis görə...”

Sakinlər binadan köçürülmələrini istəyirlər.

HƏLƏ Kİ, YAŞAMAQ OLAR...

Bina Binəqədi rayonu, 145 saylı mənzil kommunal istismar sahəsinin balansındadır. Ancaq buradan bildirirlər ki, sakinlər məsələni şişirdir. Binadakı vəziyyət deyildiyi qədər də təhlükəli deyil. Bununla belə, ərazidəki təmirə ehtiyacı olan binaların siyahısına daxil edilib.

Sakinlərə hər səhər oyananda sağ qaldıqlarına görə adətləri üzrə Allaha təşəkkür etmək və binanın təmir olunacağı günü gözləmək qalır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG