Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:18

Ağ ev: Ukraynanın izni olmadan...


-

ABŞ Ukraynada sabitliyi pozma cəhdlərindən əl çəkməsi üçün Rusiyaya çağırış edib.

Avqustun 15-də Ağ evin sözçüsü Caitlin Hayden bildirib ki, Kiyevin izni olmadan Ukraynaya müdaxilə yolverilməzdir. O, son həftələrdə Ukraynanın şərqində Rusiyanın fəallığının artmasını müşahidə etdiklərini bildirib.

Caitlin Rusiyanın Ukraynaya zirehli texnika gətirmə məsələsinə də toxunaraq bildirib ki, Ukrayna hökumətinin izni olmadan Rusiyanın bura hər hansı zirehli texnika, nəqliyyat vasitələri, yük yollamaq ixtiyarı yoxdur.

Caitlin Hayden Rusiyanın təkrar Ukraynaya hücum edəcəyindən narahatlıqlarını dilə gətirib.

XS
SM
MD
LG