Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Fərəc Kərimlinin vəsatəti təmin edilmədi


Fərəc Kərimli

Nərimanov Rayon Məhkəməsi həbsdə olan müsavatçı fəal Fərəc Kərimlinin müdafiə hüququnun pozulması ilə bağlı vəsatəti təmin etməyib. Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib:

«Fərəc həbs olunanda onun müdafiə hüququ kobud şəkildə pozulub. Bu çox ciddi məsələdir. Onun ailə üzvləri ilə görüşünə, vəkillə təmin olunmasına icazə verilməyib. Bununla bağlı məhkəməyə vəsatət təqdim etmişdik. Məhkəmə də bu vəsatəti təmin etmədi».

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də məhkəmə onun haqqında üç aylıq həbs qərarı çıxarıb. Daxili İşlər Nazirliyi saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı haqda məlumat yaymışdı. Bundan bir neçə gün əvvəl onun qardaşı Sirac Kərimli həbs olunmuşdu.

Müsavat Partiyası bəyanat yayaraq, Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu bildirib.

XS
SM
MD
LG