Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 23:42

«Murad Ədilova işgəncə verilib»


AXCP üzvü Murad Ədilov

İki gün əvvəl Sabirabadda saxlanılan AXCP üzvü Murad Ədilov işgəncəyə məruz qalıb. Bunu AzadlıqRadiosuna partiyanın mətbuat katibi, Murad Ədilovun qardaşı Natiq Ədilov deyib.

«Murad avqustun 11-də naməlum şəkildə saxlanılıb. Öz şəxsi mənbələrimiz vasitəsi ilə əldə etdiyimiz məlumata görə, Bakıya gətirilənədək fiziki işgəncələr verilib. O, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətiriləndə döyülmüş halda olub. Onu da öyrəndik ki, Sabirabadda ondan öz iradəsi əleyhinə ifadə ala bilməyiblər. Yəqin bundan sonra ona işgəncə veriblər. Şübhələrimizi vəkillə onun görüşünə imkan verilməməsi də möhkəmləndirir».

Natiq Ədilov deyir yaranmış vəziyyətlə bağlı Ombudsan aparatına və Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinə müraciət edib.

Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O narkotik maddə saxlamada ittiham edilir. Ailəsi və yaxınları isə bu ittihamı rədd edir və həbsin siyasi motivli olduğunu bildirilər.

XS
SM
MD
LG