-
Avqustun 12-də «Xəzər» günü ilə bağlı könüllülər Novxanı çimərliyinin sahilboyu zonasında 2 hektar ərazini tullantılardan təmizləyib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, bu günün qeyd olunmasında məqsəd Xəzəri çirklənmədən qorumaq, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsində qüvvələri səfərbər etmək, əhalinin maarifləndirməkdir.
Azərbaycanda «Xəzər» günü 2007-ci ildən qeyd edilir.