Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 19:34

Soçidə Rusiya və Misir prezidentləri görüşüb


Avqustun 12-də Soçidə Rusiya və Misir prezidentləri görüşüb. Putinlə Abdel Fattah al-Sissinin danışıqlarında əsas diqqət iqtisadi əməkdaşlığa, regional və beynəlxalq məsələlərə yönəlib.

Al-Sissi Rusiya səfərinə gələn kimi ona Rusiyanın satış üçün hərbi texnikası nümayiş olunub.

Zirehli maşınlar, silahlar Soçi hava limanına düzülüb.

Məlumatlara görə, al-Sissi bu texnika haqda izahata çox diqqətlə qulaq asıb.

Rusiya hərbi və iqtisadi əməkdaşlıq sayəsində Misirə nüfuzunu gücləndirməyə çalışır. Misir ABŞ-ın regionda əsas müttəfiqlərindən biridir.

XS
SM
MD
LG