Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:56

Putin Barrosoya deyib ki, Rusiya Ukraynanın şərqinə "humanitar konvoy" göndərir


Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının sədri Jose Manuel Barrosoya deyib ki, Rusiya Ukraynaya Qızıl Xaç Təşkilatının rəhbərliyi altında “humanitar konvoy” göndərir.

Barroso isə Putinə xəbərdarlıq edib ki, Ukraynada birtərəfli, o cümlədən humanitar addımlardan çəkinsin.

Rasmussen avqustun 11-də səhər demişdi ki, Rusiya humanitar yardım adı ilə Ukraynaya müdaxilə edə bilər.

Rusiyanın xarici işlər naziri Lavrov avqustun 11-də iddia edirdi ki, Moskva ilə Kiyev humanitar yardıma razılaşıblar.

Ancaq Ukrayna prezidenti Poroshenko dedi ki, Kiyev yalnız beynəlxalq humanitar yardıma və Rusiya hərbisinin müşayət etmədiyi yardıma razıdır.

XS
SM
MD
LG