Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 00:32

Beynəlxalq film festivalının mütəxəssisləri Bakıya gələcək


C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası

-

Karlovı Varı Beynəlxalq Film Festivalının direktoru və kino mütəxəssisləri «Azərbaycanfilm» kinostudiyasının dəvəti ilə bu ilin sentyabrında Bakıya gələcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasından bildiriblər ki, kino sahəsində çalışan gənclərin öz layihələrini Avropada təqdim etmələri üçün ustad dərslərinə ehtiyac var.

Müasir layihələr dünyada necə reallaşdırılır, böyük fondlar və şirkətlərlə layihələr həyata keçirməyin prinsipləri nədir və s. istiqamətdə gənclərin məlumatlandırılması vacibdir.

Bununla əlaqədar ötən il kinostudiya Avropadan beş mütəxəssis cəlb edərək «Xəzər» layihəsini reallaşdırıb.

Yeni layihə bu prosesin davamıdır.

XS
SM
MD
LG