Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 05:15

Bakıda Gəncə rəssamlarının əsərlərinin satış-sərgisi açılır


Sentyabrın 25-də Bakıda, Səttar Bəhlulzadə adına Salonda ilk dəfə olaraq Gəncə rəssamlarının əsərlərinin satış-sərgisi açılacaq.


Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Mina Məlikova deyir ki, Bakı tamaşaçılarına 20-dən çox Gəncə rəssamının əsərləri təqdim ediləcək. Xanım Məlikovanın sözlərinə görə, bu addım əyalətdə incəsənətin, xüsusilə rəssamlığa marağı artıracaq və yerli sənətkarları daha da həvəsləndirəcək.


Oktyabrın 1-dək davam edəcək sərgidə 150-dən çox əl işi nümayiş etdiriləcək.


XS
SM
MD
LG