Mirzə İbrahimov Sovet Azərbaycanında ən məşhur insanlardan idi: Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın xalq yazıçısı, akademik, SSRİ Ali Sovetinin deputatı… Sovetlər Birliyi dağılandan sonra ədəbiyyat tarixində onun yaradıcılığından nələr qaldı? Qalan əsərlər onu böyük yazıçı saymaq üçün yetərlidirmi?