Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Təhsil naziri məktəb direktorlarıyla görüşəcək


Təhsil naziri Misir Mərdanov sentyabrın sonunda Bakıdakı orta məktəblərin direktorları ilə toplantı keçirəcək. Nazirlikdən verilən məlumata görə, toplantıda fond pullarının yığılması, əlavə kitab satışı və digər neqativ hallar, tədrisin keyfiyyətinin artırılması yolları, müəllimlərin işə təyin olunma prinsipləri müzakirə olunacaq. Cənab Mərdanov direktorlara müzakirə olunacaq məsələlərlə bağlı konkret tapşırıqlar verəcək.


Bu yaxınlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılandan sonra Təhsil naziri Misir Mərdanov məktəb direktorlarına xəbərdarlıq etmişdi ki, təhsil ocaqlarında hər şey şəffaf olmalıdır, «buna görə də papaqlarını qabaqlarına qoyub fikirləşsinlər». Təhsil naziri bundan sonra məktəb direktorlarının da nazirlik tərəfindən təyin olunacağını demişdi.



XS
SM
MD
LG