ABŞ Dövlət Departamenti ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kommunikasiya sahəsində əməkdaşlığa razılaşıblar. Oktyabrın 3-də Bakıda keçiriləcək «Bakutel» beynəlxalq sərgidə iki ölkə arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq. ABŞ-ın Dövlət Departamentinin iqtisadiyyat və biznes işləri bürosunun beynəlxalq rabitə və informasiya siyasəti üzrə koordinatoru, səfir Devid Qrossun dediyinə görə, memorandum ABŞ-la Azərbaycan arasında kommunikasiya sahəsində qarşılıqlı öhdəliklər və əməkdaşlığın yaranmasına xidmət edir.