Onlar ilboyu ədəbi saytların manşetlərini «işğal edən» yazarlardan deyillər. Onlar «Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin finalına öz hekayələrinin gücünə yüksələn və 140 nəfər arasında fərqlənənlərdir. Builki finalçılardan 4-ünü bu verilişdə yaxından tanıyacaqsan: Hədiyyə Şəfaqət, Mübariz Örən, Nahid Hacıyev və Azər Musaoğlu.