Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

Tələbələr aclığı dayandırıb


Sentyabrın 18-dən təhsil hüquqlarının bərpa olunması tələbi ilə aclıq aksiyası keçirən Müstəqil Azərbaycan Universitetinin ( MAU ) 50-yə yaxın ikinci kurs tələbəsi zorla universitetin binasından çıxarılıb. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Xalid Qarayev «Azadlıq» radiosuna bildirib ki, tələbələri universitetin təhlükəsizlik xidmətinin əməkdaşları çıxarıb. Həm bu, həm də Təhsil naziri Misir Mərdanovun problemin həll olunacağı ilə bağlı tələbələrə verdiyi vəddən sonra onlar aclığı dayandırıblar.


Təhsil Nazirliyinin qanunsuz tələbə qəbulu ittihamı ilə ləğv etdiyi MAU-nun 3 və 4-cü kurs tələbələri bundan əvvəl etiraz aksiyaları ilə başqa ali məktəblərə köçürülməyə nail olmuşdular. İkinci kurs tələbələri isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulundan kənar qəbul olduqlarından universitetdən xaric olunublar və hazırda bu mübahisə məhkəmədə də araşdırılır.


Tələbələrin hüquqlarını müdafiə edən, Huquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin verdiyi məlumata görə, sentyabrın 20-də MAU-nun keçmiş tələbəsi, hazırda Asiya Universitetində təhsilini davam etdirən Elnur Məmmədov saxlanıb. Cəlilabad Rayon Hərbi Komissarlığının muraciəti əsasında rayon prokurorluğu Cinayət Məcəlləsinin 327-ci maddəsi (Xidmət keçməkdən boyun qaçırma) ilə ona cinayət işi qaldırıb. Cənab Əliyev baş verən hadisəni qanunsuz sayır.


XS
SM
MD
LG