Sentyabrın 18-də Müstəqil Azərbaycan Universitetinin (MAU) 30-a yaxın ikinci kurs tələbəsi universitetin binasında aclıq aksiyasına başlayıb. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Xalid Qarayev «Azadlıq» radiosuna bildirib ki, onlar təhsil hüquqlarının bərpasını tələb edirlər.
Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra, universitetin yuxarı kurslarında oxuyan tələbələri başqa təhsil müəssisələrinə köçürüb. Ancaq nazirlik Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı imtahanlardan kənar MAU-ya qəbul olunan ikinci kurs tələbələrini başqa ali məktəblərə köçürməkdən imtina edib. Hazırda bununla bağlı məhkəmənin qərarı gözlənilir.
Bundan əvvəl də MAU-nun tələbələri eyni tələblə aclıq aksiyası keçirmişdilər.