Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Bakıda Üzeyir Musiqi Günü keçirildi


Sentyabrın 18-də Bakıda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Azərbaycan professional musiqisinin banisi hesab еdilən Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş ənənəvi Üzeyir Мusiqi Gününü bəstəkarın Bakı Musiqi Akademiyasının qarşısındakı abidəsi önünə start göтüрüb.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev yalnız Bakıda deyil, respublikanın şəhər və rayonlarında silsilə tədbirlərin həyata keçiriləcəyini bildirib. Tədbirdə çıxış edənlər vurğuladılar ki, Şərqdə ilk opera və operettanın, simfonik orkestrin, caz, xor, simfoniyanın banisi, klassik Şərq və Qərb musiqisinin sintezindən bənzərsiz sənət nümunələri yaradan Üzeyir bəyin adı dünya bəstəkarları sırasında ön sıradadır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Üzeyir Hacıbəyovun «Arşın mal alan» əsrinin tamaşası ilə açacaqdır.


Azərbaycan professional musiqisinin banisi hesab olunan Üzeyir Əbdul Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub.


XS
SM
MD
LG