Sentyabrın 17-də Ukraynanın Odessa şəhərində «Tam hazırlıq - 2006» beynəlxalq anti-terror təlimləri başlayıb.
Təlimlərdə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Amerikanın Kaliforniya Ştatından olan 250 mütəxəssis, o cümlədən bir-neçə min hərbçi iştirak edir.
Ukrayna Fövqəladə Hallar Nazirliyindən «RİA-Novosti» agentliyinə verilən məlumata görə, təlimlərdə əsas məqsəd terror hadisələrinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılmasıdır.