Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:42

Hacı Məmmədov Elmar Hüseynovun qətli ilə bağlı dindiriləcək


Respublika Prokurorluğu Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun istintaqı ilə bağlı dindirilməsi üçün sorğu göndərib. Bu məqsədlə məhkəmənin sentyabrın 23-dəkə təxirə salınmasını xahiş edib.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Əli Seyfəliyev bildirib ki, bu üzdən də çoxsayalı adam oğurluğunda və qətllərdə ittiham olunan Hacı Məmmədovun və onun başçılıq etdiyi 26 nəfərlik dəstənin məhkəmə prosesi sentyabrın 25-də davam edəcək.


Bir müddət öncə Hacı Məmmədov jurnalisti sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetirdiyini bildirmişdi. Fərhad Əliyev və onun vəkilləri bu məlumatı təkzib etmişdi.


Sentyabrın 14-də keçirilən məhkəmə prosesində isə təqsirləndirilən şəxs qismində ifadə verən Aslanbek Çentamirov istintaq zamanı müstəntiqin hansısa jurnalistin qətlini zorla onun boynuna qoymaq istədiyini bildirmişdi.


Elmar Hüseynov 2005-ci il martında yaşadığı mənzilin girişində qətlə yetirilib.


XS
SM
MD
LG