Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:56

Hacı Məmmədov ikinci dəstəsinin olması haqda deyilənləri təkzib etməyib


Sentyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə çoxsaylı qətllərdə və adam oğurluqlarında ittiham olunan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam edib.


Hacı Məmmədov ehtiyat dəstəsinin mövcudluğu barədə deyilənlərə vaxtı gələndə aydınlıq gətirəcəyini deyib. Vəkillər təqsirləndiriləndən konkret cavab verməsini tələb etsələr də, hakimin müdaxiləsindən sonra bu mövzu qapanıb.


Sentyabrın 11-də təqsirləndirilən şəxs qismində ifadə verən Aslanbek Çantamirov Hacı Məmmədovun Azərbaycan və Rusiya vətəndaşlarından ibarət ikinci, ehtiyat dəstəsinin olduğunu deyib. O, ifadəsində onu da bildirib ki, məhkəmə zalında əyləşən dəstə üzvləri arasında həmin qrupdan heç kim yoxdur.




XS
SM
MD
LG