Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:07

Bələdiyyə seçkiləri: Gürcüstanda və Azərbaycanda


Azərbaycanda olduğu kimi Gürcüstan da bələdiyyə seçkilərinə hazırlaşır
Azərbaycanda olduğu kimi Gürcüstan da bələdiyyə seçkilərinə hazırlaşır

Gürcüstanda iki parlament üzvünün davası odur ki, niyə mandatdan imtina eləmələrinə şərait yaratmırlar və onları yerli seçkilərə buraxmırlar. Bunlardan biri Mühavizəkarlar Partiyasının lideri Koba Davitaşvili, digəri isə Respublikaçıların lideri Davit Berdzenişvilidir. Yerli seçkilərə qeydiyyat üçün möhlət sentyabrın 11-də başa çatır. Parlament üzvü mandatından imtina edib yerli seçkiyə getmək üçünsə sentyabrın 12-ni-parlamentin payız sessiyasını gözləməlidir. Çox güman ki, Azərbaycanda millət vəkilinin mandatından imtina edib bələdiyyə seçkilərinə getməsi ağlagəlməz görünür. Amma Gürcüstanda fərqlidir. Burda yerli seçkilərlə yanaşı, mer seçkiləri də keçirilir. Koba Davitaşvili paytaxt merliyinə, Davit Berdzenişvili isə Batumi merliyinə namizədliyini vermək niyyətindədir.


Gürcüstan və Azərbaycanda yerli seçkilərin başqa bir fərqi də var. Ötən seçkilərin təcrübəsi Gürcüstanda müxalifətin uğur qazanmasını da göstərir. Məsələn, müxalifətdə olan Əmək Partiyası Tbilisi Şəhər Şurasına ötən seçkilərdə irəli çıxaraq 25 faizdən çox yer qazandı.



Ötən seçkilərin təcrübəsi Gürcüstanda müxalifətin uğur qazanmasını da göstərir. Amma bu vaxta kimi Azərbaycanda müxalifətin uğur qazandığı hər hansı seçki olmayıb.

Amma bu vaxta kimi Azərbaycanda müxalifətin uğur qazandığı hər hansı seçki olmayıb. Müxalifət bir qayda olaraq seçkini udduğunu və hakimiyyətin onun səsini oğurladığını iddia edir. Hakimiyyət isə bunun əksini bəyan edir.


İki qonşu ölkədə seçkilərdə bənzərliklər də var. Gürcüstanda da, Azərbaycanda da seçkiləri boykot etməyə çağırmaqla hakimiyyətə bir növ təzyiq eləməyin mümkünlüyünə inananlar var. Bu ilin yazından Gürcüstanın iri müxalifət partiyaları yerli seçkiləri boykot edəcəyini bildirmişdilər. Amma iyulda onlar belə bir fikrə gəldilər ki, kvorum çox aşağı olduğundan boykot səmərə verməyəcək və seçki baş tutacaq. Onda belə bir sual yaranır ki, əvvəl boykot tərəfdarı olan partiyalar seçkidə uğur qazana bilərlərmi və ya boykot qərarlarını dəyişərkən nəyə əsaslanıblar?


«Azadlıq» radiosunun Tbilisi bürosundan jurnalist Nino Rodonaya bu suala belə cavab verir: «Onlar belə hesab edirlər ki, indiki Gürcüstan hakimiyyətinin reytinqi çox aşağıdır və əhali arasında narazılıq üçün çox əsaslar var. Müxalifət partiyalarına elə gəlir ki, bu amildən yaralanıb 5 oktyabrda keçiriləcək seçkilərdə nəyəsə nail ola bilərlər».


Cənubi Qafqaz ölkələrində, bir qayda olaraq, seçkilərdə hakimiyyətin geniş resursları və imkanları olmasını deyənlər çoxdur. Nino Rodonaya da hesab edir ki, yerli seçkilərdə Gürcüstan hakimiyyətinin rəqiblərini üstələmək üçün geniş imkanları var.


Müxalifət partiyaları «bəyan edirlər ki, hakimiyyət partiyasının resursları çox genişdir və onlarla mübarizə aparmaq çətin olacaq. Bununla belə, həmin partiyaların hər biri ayrılıqda qələbə şanslarının olduğuna inanırlar».


Hakimiyyətin imkanlarından biri də seçkinin vaxtını dəyişməsi sayılır. Gürcüstanda müxalifət partiyaları üçün vaxtın dəyişməsi gözlənilməz oldu və bir çox formallıqları yerinə yetirməyə vaxt qalmadı. Bəs Gürcüstanda yerli seçkilərdə iştirak üçün hazırlaşan etnik azərbaycanlıların təşkilatları üçün seçkinin vaxtının dəyişməsi əngəllər yaratdımı? Tbilisidən-Mülki İnteqrasiya Fondu adlı QHT-dən Zaur Xəlilov yerli azərbaycanlıların seçkilərdə əsasən partiya xətti ilə iştiraka üstünlük verdiklərini deyir: «Bildiyim qədərincə, onlar həm hakimiyyət partiyası, həm müxalifət partiyaları tərkibində seçkilərdə iştirak edəcəklər. Çünki, məndə olan informasiyaya görə, bir çox təşkilatlar müxalifət partiyaları ilə məsləhətləşmələr də aparıblar». Bununla belə, Zaur Xəlilov dəqiq mənzərənin yaxın günlərdə MSK-nın rəqəmləri açıqlamasındna sonra bilinəcəyini deyir.


«Azadlıq» radiosunun Tbilisi bürosunun məlumatına görə, Gürcüstanın iri müxalifət partiyalarının hamısı seçkiyə namizədlərini göstəriblər. Bəzi kiçik istisnaları çıxmaqla.



AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG