Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:36

Vəkilliyə sənəd qəbulunun vaxtı uzadıldı


Vəkil olmaq istəyənlərin ərizə qəbulunun vaxtı sentyabrın axırına qədər uzadılıb. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, 335 nəfər vəkil olmaq istəyir, ancaq ərizə verənlərin sayı kollegiyanı razı salmadığından onlar ərizə qəbulu müddətini uzadıblar.


Ötən il onlara üç həftə ərzində 360-a yaxın adamın müraciət etdiyini bildirən cənab Nəcəfov deyir ki, bu il ərizə qəbuluna may ayından başlasalar da, vəkil olmağa həvəslilər azdır. Ancaq onun sözlərinə görə, ötən illə müqayisədə bu dəfə regionlarda vəkil kimi çalışmaq istəyənlərin sayı artıb. Elə seçimdə də regionlarda işləmək istəyənlərə üstünlük veriləcək.


Hazırda Azərbaycanda 543 vəkil fəaliyyət göstərir.


XS
SM
MD
LG