Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 07:24

«Quş qripi» ilə bağlı 15 gündən bir monitorinq aparılacaq


Avqustun 24-də Ümumdünya Ərzaq Təşkilatının mütəxəssisləri Bərdə, Tərtər və Ağdam rayonlarında «quş qripi»nin diaqnostikası və profilaktikası ilə bağlı treninqlərə başlayır. Dövlət Baytarlıq Xidmətinin Mətbuat Xidmətinin əməkdaşı Yolçu Xanvəli bildirir ki, quşların miqrasiyası başladığından monitorinqlər 15 gündən bir aparılacaq. Artıq Azərbaycandakı bütün qoruqlar, köçəri quşların məskunlaşacağı ərazilər xüsusi nəzarətə götürülüb.


«Quş qripi» ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Baytarlıq Xidməti ilə apardığı ilkin monitorinq avqustun 25-də başa çatacaq. Nəticələr isə gələn həftə bəlli olacaq.


Quşların ilkin miqrasiyası sentyabrın sonu, oktyabrın ilk ongünlüyündə başa çatmalıdır.


XS
SM
MD
LG