Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:15

Vəkilin məhkəməsi sentyabrın 13-nə təyin olunub


Saleh Kamrani
Saleh Kamrani

İranda yaşayan, bu il iyunun 14-dən həbsdə olan azərbaycanlı vəkil Saleh Kamraninin məhkəməsi sentyabrın 13-nə təyin olunub. Cənab Kamrani may ayının sonunda «İran» qəzetində çap olunan karikaturalara etiraz əlaməti olaraq keçirilən aksiyalara qatılmasa da, həmin mitinqlərin təşkil olunmasında fəal iştirak edən Abbas Lisani və digərlərinin müdafiəsini boynuna götürmüşdü.


Saleh Kamraninin vəkili Yusif Molai İran hüquq-mühafizə orqanlarının müdafiə etdityi şəxsə qarşı hər hansı konkret ittiham irəli sürməkdə çətinlik çəkdiyini bildirib. Cənab Kamraniyə qarşı ilkin olaraq irəli sürülən dövlət əleyhinə fəaliyyət ittihamı ilə bağlı heç bir dəlil gətirilməyib.


Saleh Kamraninin iyulun əvvəlindən zaminə buraxılacağı gözlənilsə də, məhkəmə ailəsinin bu barədə vəsatətini rədd edib. Vəkilin məhkəməsi avqustun əvvəlində keçirilməli olsa da, onun həbs müddəti uzadılaraq, iclas təxirə salınıb.
XS
SM
MD
LG