Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Dünya su qıtlığı ilə üzləşə bilər


2070-ci ildən ən çox su qıtlığı çəkən Avropa ölkələri və Rusiyanın cənubu olacaq
2070-ci ildən ən çox su qıtlığı çəkən Avropa ölkələri və Rusiyanın cənubu olacaq

Dünyada suya tələbat qarşıdakı yarım əsrdə iki dəfə artacaq. BMT-nin xüsusi araşdırmasından bu nəticə çıxıb. Amma dünyanın su qıtlığı problemini hiss eltməsi üçün yarım əsr gözləmək lazım gəlməyəcək. Artıq dünya əhalisinin iki milyardı su qıtlığı problemi ilə hər gün üzləşir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının dəstəyi ilə dünyanın 400-dən çox hidroloq və aqronomunun gəldiyi başqa bir nəticə də budur ki, su probleminin həlli ərzaq probleminin həlli qədər asan olmayacaq. Bəzi hökumətlər ərzaq probleminin həlli üçün artıq uğurlu yollar tapıblar. Ötən yarım əsrdə suvarılan torpaqların bölüşdürülməsi Asiya ölkələrində ərzağın 3 qat artmasına səbəb olub. Buna yaşıl inqilab da deyirlər.


Amma su problemini nə varlanmaq, nə ərzaq bolluğu həll edə bilər. Dünya Təbiət Fondunun araşdırmalarına görə, varlı ölkələrdə sudan istifadədə daha acınacaqlı vəziyyətdədir. Varlı ölkələr su sızmalarının qarşısını almaq üçün çox iş görmür, kənd təsərrüfatında sudan israflıqla istifadə olunur. Araşdırmaların koordinatoru Devid Modenin «NYT» qəzetinə dediyinə görə, bundan sonra ölkələr az su ilə daha çox məhsul yetişdirmək yolları tapmalıdırlar.


Adambaşına ən çox su Şimali Amerikada və Yaponiyada işlədilir. Gündə 350 litr. Avropada bu rəqəm 200 litr, Afrika ölkələrində 10-20 litrdir. Mütəxəssislərin proqnozlarına görə, 2070-ci ildən ən çox su qıtlığı çəkən Avropa ölkələri İspaniya, İtaliya, Belçika, Yunanıstan, Türkiyə, Bolqarıstan, Serbiya və Rusiyanın cənubu olacaq. Azərbaycanın bir çox bölgələrində, xüsusən aran rayonlarında su qıtlığı indi də yaşanır. Su təminatıyla bağlı bir neçə ay qabaq prezident yanında müşavirə də keçirilmişdi. Ekoloji Proqnozlar Mərkəzinin Rəhbəri Telman Zeynalovun «Azadlıq» radiosuna bildirib ki, su qıtlığını aradan qaldırmaq üçün layihələr həyata keçirilən zaman səhvlər də buraxılır: «Rayonlarda infrastrukturun inkişafı ilə bağlı bəzi problemləri həll edirlər. Su qıtlığının aradan qaldırılması ilə bağlı kanallar çəkirlər. Amma kanallar torpaqdan çəkildiyindən suyun 60-65 faizi süzməyə gedir».


Cənab Zeynalov bir çox məişət və iqtisadi problemin həllinin də son nəticədə su qıtlığı ilə nəticələnəcəyini düşünür.


Su üstündə potensial münaqişə ocaqlarının siyahısı genişdir. Dünya Təbiət Fondundan Vilyams Kristoferin dediyinə görə, dünyanın 260-dan çox çayına iki və daha çox ölkə şərikdir. Bu ölkələrdən biri suyu çox işlədəndə o birində problem yaranır. Hindistan və Pakistanın 6 şərik çayı var ki, onlar da hər iki ölkənin iddia elədiyi Kəşmirdən keçir. Bu iki ölkə çaylarda yeni bəndlər tikilməsi üstündə mübahisəyə görə, 1988-ci ildən bəri 10 dövrə danışıqlar aparıblar, məsələ hələ də açıq qalır.


Hindistanın başqa bir mübahisəsi də Banqladeşlədir. Müqəddəs sayılan Qanq çayı və başqa 50 çay Hindistandan Banqladeşə axır. Banqladeş Hindistanın 1974-cü ildə tikdiyi su bəndinin Qanq çayının axarını dəyişdirməsindən, quraqlıq vaxtı Hindistan bəndlərindən yetərincə su verilməməsindən şikayətlənir.


Yaxın Şərq münaqişəsində də su mübahisəsinin payı çoxdur. İordan çayı İsrail, Fələstin və İordaniyanı su ilə qismən təmin edir. İordan çayı Suiryadan axan 3 qoldan qidalanır. İsrailin keçmiş baş naziri Ariyel Şaronun dediyinə görə, 1967-ci il Ərəb-İsrail müharibəsi Suriyanın çayın axarını dəyişdirmək planından başlayıb. İsrailin Qərb sahil və Qəzzə bölməsindəki su mənbələrini nəzarətdə saxlaması da başqa bir mübahisə mənbəyidir.


Suriyanın başqa bir su mübahisəsi isə Türkiyə və İraqladır. Fərat çayının iki qolu Türkiyədən başlayır, Suriyada ona birləşir və İraqa axır. Hər üç ölkə çay üzərində bəndlər qurub və bir-birlərini sudan artıq istifadəyə görə tənqid edirlər. 1990-cı ildə Türkiyə su bəndinin sınağı üçün Suiryaya gedən suyu tam kəsmişdi. Amma Suirya və İraqla müharibə qorxusu Türkiyəni bu plandan daşındırdı və 3 həftə sonra yenidən su verilməyə başladı.


Afrikada su üstündə mübahisə başlıca olaraq Misir , Sudan və Efipopiya arasındadır. Dünyanın ən iri çayının suyunu dünyanın ən quraqlıq yerlərində bölüşdürmək görünür çox da asan deyil. 1929-cu ildən Sudanla Misir Nil çayı barədə saziş bağlasa da hələ də bu saziş mübahisəli sayılır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG