Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:28

Şəkinin 20 faizi içməli su ilə təmin olunub


Şəki hələ də içməli su ilə təmin olunmayıb. Rayon İcra Hakimiyyəti Mülki Müdafiə Qərargahının rəisi Valeh Ələsgərovun sözlərinə görə, hələlik yalnız bir bulağın suyunu şəhərə gətirə bilirlər ki, bu da ehtiyacın 20 faizini ödəyir.


Cənab Ələsgərov deyir ki, iyulun 29-da baş verən təbii fəlakətin rayona vurduğu ziyan aradan qaldırılır. Belə ki, artıq İsmayıllı-Qaraməryəm magistralı gediş-gəliş üçün yararlı hala salınıb, kənd yolları bərpa edilib.


Rayona dəyən ziyana gəlincə, Nazirlər Kabinetinin mütəxəssisləri məlumatı bugünlərdə açıqlayacaqlar.




XS
SM
MD
LG