Avqustun 22-də Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından altı il ötür. Bir sıra partiyalar və qurumların təmsilçiləri Məşədi Əzizbəyovun heykəlinin yanından məhrum prezidentin dəfn olunduğu Fəxri Xiyabanadək yürüş ediblər. Onun məzarı önündə Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyeva, Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimli, Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyasının başqan müavini Sülhəddin Əkbər və başqaları çıxış edərək onun Azərbaycanın bütövlüyü, ideyaları haqda danışıblar. Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.