Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 20:05

«Azərenerji» elektrik xətlərinin altında evlərin tikintisinin qarşısını ala bilmir


«Azərenerji» Səhmdar Cəmiyyəti elektrik xətlərinin altında yaşayış evlərinin tikintisinə qeyri-qanuni icazə verilməsinin qarşısını almaq iqtidarında olmadığını bildirir. Cəmiyyətin Mətbuat Xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, 35 kilovoltluq elektrik xətlərinin altında təhlükəsizlik zonası hər iki tərəfdən ən azı 15, 110 kilovoltluq xətlərin altında azı 25, 300-350 kilovoltluq xətlərin altında isə 30 metr olmalıdır. Lakin Bakının əksər rayonlarında, məsələn, Əzizbəyov, Sabunçu, Qaradağ, Binəqədi və Abşeronda yerli icra hakimiyyəti orqanları təhlükəsizlik zonalarında yerləşən sahələri icarəyə verərək, bu qərarı kobud şəkildə pozurlar.


XS
SM
MD
LG