Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 06:37

İnsan alverində günahlandırılan iki qadın həbs olunub


Türkiyə hüquq-mühafizə orqanları insan alverinin qurbanı olmuş bir azərbaycanlı qadını Azərbaycana qaytarıb
Türkiyə hüquq-mühafizə orqanları insan alverinin qurbanı olmuş bir azərbaycanlı qadını Azərbaycana qaytarıb

Avqustun 16-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı əməliyyat zamanı insan alverində günahlandırılan iki qadın həbs olunub. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun «Azadlıq» radiosuna bildirdiyinə görə, bir müddət öncə Türkiyə hüquq-mühafizə orqanları insan alverinin qurbanı olmuş bir azərbaycanlı qadını Azərbaycana qaytarıb. Cənab Zahidovun sözlərinə görə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin və DİN əməkdaşlarının birgə araşdırmaları zamanı 2004-cü ildə onu Bakı sakinləri olan iki bacının işləmək adıyla aldadaraq Türkiyəyə aparıldıqları məlum olub.


Azərbaycanın Türkiyənin Qars vilayətindəki konsulu Həsən Zeynalov avqustun 16-da jurnalistlərə bildirib ki, indiyə qədər Türkiyənin İqdır vilayətində üç dəfə reyd keçirilib və hər dəfə əlliyə yaxın azərbaycanlı qadın saxlanıb.


Azərbaycanla Türkiyə arasındakı ərazinin QİÇS xəstəliyi sarıdan həssas bölgə olması barədə Türkiyə mətbuatının yazdıqlarına aydınlıq gətirən diplomat deyib ki, saxlanılan qadınların arasında QİÇS xəstələrinin olmadığını təsdiqlənib.


Türkiyə hüquq-mühafizə orqanları insan alverinin qurbanı olmuş bir azərbaycanlı qadını Azərbaycana qaytarıb


XS
SM
MD
LG