Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:48

Şəkidə təbii fəlakətin nəticələri aradan qaldırılır


Şəkinin Qoxmuq kəndindəki 16 ailənin yaşadığı 4 saylı binanın təmirinə başlanıb
Şəkinin Qoxmuq kəndindəki 16 ailənin yaşadığı 4 saylı binanın təmirinə başlanıb

Avqustun 14-də Şəkinin Qoxmuq kəndindəki 16 ailənin yaşadığı 4 saylı binanın təmirinə başlanıb. Layihə İnstitutunun əməkdaşlarının rəyindən sonra binanın bərpası haqqında qərar verilib. Şəki rayon icra hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi Valeh Ələkbərov «Azadlıq» radiosuna bildirib ki, binanın bərpasını 1 aya başa çatdırmaq planlaşdırılır. Onun sözlərinə görə, bu müddətdə bina sakinlərinə kirayədə qalmaq üçün 450 min manat vəsait verilib.


Qoxmuq kənd sakini Bədrəddin Şahmirov da «Azadlıq» radiosuna bildirib ki, inşaatçılar binanın təmirinə başlayıb. O, kirayə qalmaları üçün hər ailəyə 450 min manat pul ayrıldığını bildirib.


İyulun 29-da Şəkidə baş verən daşqın nəticəsində rayonun bir neçə kəndinə ziyan dəymişdi. Ən çox zərər çəkən Qoxmuq kəndi olmuşdu. Burda 16 mənzili binanın zirzəmisinə sel suları dolmuşdu, yollar bərbad vəziyyətə düşmüşdü və binanın bir neçə yerində iri çatlar yaranmışdı.


Dəyən ziyana görə hökumət 2 milyon yeni manat ayırmışdı.


XS
SM
MD
LG