Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 04:39

Elektrik qatarındakı yanğında yüngül xəsarət alanlar olub


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 7-si saat 11:45-də Bakı-Buzovna-Mərdəkan elektrik qatarında yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər qadın yüngül xəsarət alıb. Onlara 5 saylı xəstəxanada tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.


Dəmiryol İdarəsinin Lokomotiv İstehsalat Birliyinin rəisi Asim Qasımov «Azadlıq» radiosuna bildirib ki, yanğın dəmiryolunun kənarında salınmış qanunsuz su kəmərinin deşilməsindən baş verib. Onun sözlərinə görə, su fontan vuran vaxt elektrik qatarı da oradan keçirmiş. Hərəkət edən qatarda qoruyucuya su düşməsi qısaqapanmaya səbəb olub və elektrik qatarının üstü yanıb.



XS
SM
MD
LG