Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:49

Əyalət şəhərlərində də yarmarkalar keçiriləcək


«Təkcə Bakıda yox, Azərbaycanın digər böyük şəhərlərində də kənd təsərrüfatı yarmarkaları keçiriləcək».


Bu barədə avqustun 5-də paytaxtda keçirilən növbəti yarmarkaya baş çəkən kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib. Bakının 11 rayonunun hamısında - hökumətin ayırdığı xüsusi ərazilərdə təşkil olunan yarmarkalarda ölkənin 28 rayonundan olan fermerlər iştirak ediblər. İsmət Abbasov həmçinin növbəti yarmarkalara daha çox rayondan fermerlərin cəlb ediləcəyinə söz verib.


Hökumət yarmarkaları kənd təsərrüfatı məhsullarının qiymətinin süni şəkildə qaldırılmasının qarşısını almaq üçün təşkil etdiyini bildirir. Yarmarkalar artıq üçüncü həftədir təşkil edilir.


XS
SM
MD
LG