Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:09

DEVAMM-ın bir qrup üzvü BMT-nin Azərbaycan Nümayəndəliyi qarşısında aksiya keçirməyə cəhd edib


İsrailin Livanda hərbi əməliyyatlar keçirməsinə etiraz edən Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) bir qrup üzvü avqustun 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Piketçilər Livandakı hərbi əməliyyatları pisləyən şüarlar səsləndiriblər. Amma polis aksiyanın davam etməsinə imkan verməyib. Aksiya iştirakçılarından 9 nəfəri saxlanıb.


Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi Livanda baş verənlərə etiraz olaraq bundan əvvəl də İsrail və Amerika səfirlikləri qarşısında piket keçirməyə cəhd göstərib.


XS
SM
MD
LG