Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

Fikrət Yusifov 1 il 6 ay azadlıqdan məhrum edildi


Nəsimi Rayon Məhkəməsi
Nəsimi Rayon Məhkəməsi

Avqustun 2-də Nəsimi rayon məhkəməsində keçmiş maliyyə naziri Fikrət Yusifovun işiylə bağlı məhkəmə prosesi başladı. Prosesə Nəsimi rayon məhkəməsinin sədri Ələddin Cəfərov sədrlik edib. Məhkəmə iclası açıq keçirilib. Fikrət Yusifov Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə qanunsuz silah saxlamaqda ittiham olunur.


40 dəqiqə çəkən məhkəmə prosesində hökm oxunub. Məhkəmənin qərarı ilə keçmiş maliyyə naziri qanunsuz silah saxlamaqda günahkar bilib və 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Fikrət Yusifov özünü təqsirli saymayıb və silahın onun maşınına kimlər tərəfindənsə qoyulduğunu bildirib.


O, 2005-ci ilin oktyabrında keçmiş səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezident Aparatının keçmiş işlər müdiri Akif Murvdverdiyevlə birlikdə həbs olunmuşdu. İlkin istintaq dövründə o da sabiq nazirlərlə birlikdə dövlət çevrilişinə cəhddə ittiham olunurdu. Sonradansa onun işi ümumi cinayət işindən ayrılıb məhkəməyə göndərildi.


İstintaqı aparan Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev isə bildirdi ki, Fikrət Yusifovun üzərindən əvvəl ittiham olunduğu hakimiyyəti zorla ələ keçirmə maddəsi götürülməyib, sadəcə qanunsuz silah saxlamağa görə ittiham həmin işdən ayrılıb. Vüqar Əliyevin sözlərinə görə, Fikrət Yusifov hələ də hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunur və hazırda həmin işlə bağlı istintaq davam edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG