Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:06

BMT-nin rəsm müsabiqəsində azərbaycanlı məktəblinin də əsəri qalib gəlib


BMT-nin Ümumdünya Ərzaq Proqramının Romada keçirdiyi rəsm müsabiqəsində qalib gələnlər sırasında Azərbaycan məktəblisi də var. Proqramın Azərbaycan nümayəndəliyinin əməkdaşı Aybəniz Məmmədovanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, hər il keçirilən bu rəsm müsabiqəsinə 36 ölkə qatılır. Qalib gələn Ağdam məktəblisi Zərnigar Orucovanın rəsmi digər qaliblərin əsərləriylə birgə Ümumdünya Ərzaq Proqramının nəşr etdirəcəyi təqvimi bəzəyəcək.




XS
SM
MD
LG