XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yeni tapılan əlyazmaları tərcümə edilərək nəşr olunub. Kitabın tərcüməçisi, Əlyazmalar İnstitutunun əməkdaşı Sayalı Əliyevanın «Azadlıq» radiosuna verdiyi məlumata görə yazıçı 1922-23-cü illərdə iki fransız tarixçi və səyyahının Azərbaycan haqqında yazdığı qeydləri köçürərək öz arxivində saxlayıb. Həmin səyyahlardan biri əslən fransız olan holland səyyahı Kornell Bren 1703-cü ildə indiki İran Azərbaycanı və Azərbaycan Respublikasını başdan-başa gəzib. Həm də rəssam olan səyyah gördüklərinin rəsmini də çəkib. Sayalı Əliyeva kitabı XVII və XVIII əsr Azərbaycanını görmək istəyənlərə dəyərli töhfə kimi qiymətləndirir.