Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:47

Səid Nurinin valideynləri iyulun 31-də Ədliyyə Nazirliyinə rəsmi müraciət ediblər


«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nurinin valideynləri iyulun 31-də Ədliyyə Nazirliyinə rəsmi müraciət edərək övladlarının müalicə üçün xaricə aparılmasına icazə istəyiblər. Hüquq müdafiəçisi Novella Cəfərova bu günlərdə Ədliyyə naziri Fikrət Məmmədovla görüşərək bu məsələnin həllinə çalışacağını deyib.


Hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq beş il şərti cəza alan Səid Nurinin ölkəni tərk etmək ixtiyarı yoxdur.


«Yeni Fikir»in sədr müavini artıq bir həftədir ki, Respublika Hematologiya və Qanköçürmə İnstitutunda müalicə alır. O talassemiya xəstəliyindən əziyyət çəkir.


«Yeni Fikir»in sədri Ruslan Bəşirli və onun müavini Ramin Tağıyev də hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq 4 ildən 7 ilədək azadlıqdan məhrum olunublar. Səid Nuri isə səhhətindəki problemlərə görə üç il sınaq müddəti ilə beş il şərti olaraq azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG