Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Voleybol üzrə Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər


«Azərbaycan voleybol üzrə növbəti Çempionlar Liqası finalının Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Buna hətta dövlət başçısı, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyev də xeyir-dua verib». Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, hələlik yarışın Bakıda keçirilməsi dəqiqləşməyib.


Cənab Gözəlbəyli deyib ki, qadınlardan ibarət «Azərreyl» voleybol klubu mötəbər yarışa xüsusi hazırlaşmaq üçün heyətinə kubalı oyunçular cəlb edə bilər.


Cənab Gözəlbəyli onu da deyib ki, bu il komandanın bəzi veteranları üçün sonuncu il ola bilər və yeni transferlər həm də klubun gələcəyi üçün vacibdir. Federasiya rəsmisi Kuba voleybol komandalarının oyununun Azərbaycan komandalarının oyununa çox yaxın olduğunu da deyib. O, bildirib ki, bu, ötən əsrin 70-80-ci illərində Kubada voleybolun əsasının qoyulmasında Azərbaycandan olan mütəxəssis Aleksandr Dyaçkovun yaxından iştirak etməsiylə bağlıdır. Zöhrab Gözəlbəyli bildirib ki, «Azərreyl»in heyətinə Amerika qitəsinin digər ölkələrindən, o cümlədən Braziliya və Kanadadan da oyunçu cəlb edilməsi istisna edilmir. Amma neçə oyunçunun transfer ediləcəyi hələ dəqiqləşməyib.


XS
SM
MD
LG