Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 21:10

Sabah birinci ixtisas qrupuna imtahan keçiriləcək


Birinci ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1954-cü il, ən gənc isə 1991-ci il təvəllüdlüdür
Birinci ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1954-cü il, ən gənc isə 1991-ci il təvəllüdlüdür

İyulun 29-da 2006-2007-ci tədris ili üçün ali məktəblərə birinci ixtisas qrupu üzrə imtahan keçiriləcək.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, bu qrup üzrə 29 587 abituriyent (Bakıda 28 144, Naxçıvanda isə 1443 nəfər) qəbul imtahanı verəcək. Onlardan 22 236 nəfəri oğlan, 7351 nəfəri isə qızdır.


İmtahanın keçirilməsi üçün Bakıda 52, Naxçıvanda isə 3 bina ayrılıb.


İmtahanda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2144 nəzarətçi iştirak edəcək.


TQDK-nın məlumatına görə, birinci ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1954-cü il, ən gənc isə 1991-ci il təvəllüdlüdür.


Bu ixtisas qrupu üzrə təshil almaq istəyən 161 abituriyent xarici ölkələrin vətəndaşıdır. Onların əksəriyyəti xarici ölkələrdə yaşayan azərbaycanlılardır.





XS
SM
MD
LG